Siyasət
Azərbaycan və Braziliyadan 1,3 trilyon dollarlıq iqlim addımı
Xpress.az Redaksiyası
06.11.2025 11:26
Xpress.az xəbər verir ki, Azərbaycan və Braziliya 2035-ci ilə qədər iqlim maliyyələşməsi üzrə 1,3 trilyon ABŞ dolları dəyərində yol xəritəsi təqdim ediblər.
“Bakı–Belém” adlanan bu təşəbbüs bərpa olunan enerji, iqlim müqavimətli infrastruktur və qlobal əməkdaşlıq kimi sahələri əhatə edir.
Layihə, Azərbaycanın iqlim maliyyəsi istiqamətində qlobal miqyasda daha fəal rol oynadığını göstərir və ölkəmizin yaşıl enerji diplomatiyasında yeni mərhələ kimi qiymətləndirilir.