Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azərbaycanda saxta qızıl bazarını kimlər himayə ed...
Azərbaycanda saxta qızıl bazarını kimlər himayə edir?
Cəmiyyət

Azərbaycanda saxta qızıl bazarını kimlər himayə edir?

Xpress.az Redaksiyası 17.10.2025 08:49

Qanun var, amma əməl edilmir; istehlakçı hüquqlarının pozulması cinayət məsuliyyəti yaradır
Son illər Azərbaycanda zərgərlik bazarında ciddi problemlər müşahidə olunur. Qlobal iqtisadi proseslər, xüsusilə də dünya bazarlarında qiymətli metalların, o cümlədən qızılın qiymətinin artması fonunda ölkə daxilində bu məhsullara olan tələbat da yüksəlir. Tələbatın artması ilə yanaşı, bazarda saxta və keyfiyyətsiz qızıl məmulatlarının dövriyyəsi də nəzərəçarpacaq dərəcədə çoxalıb.

Ucuz qiymətə qızıl satanlar, “endirimdədir” deyib, saxta qızılı reklam edirlər.

Sual yaranır ki, artımı dünya birjasından asılı olan zinət əşyası necə daha ucuz təklif edilə bilər, əgər ikinci əl deyilsə?...

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, istehlakçı aldığı məhsul haqqında tam, düzgün və dəqiq məlumat almaq hüququna malikdir. Qanunda açıq şəkildə göstərilir ki, malın satıcısı istehlakçıya qəbz, çek və ya digər təsdiqləyici sənəd verməlidir. Təəssüf ki, zərgərlik sektorunda bu qanun tələblərinə çox zaman əməl olunmur.

Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyevin sözlərinə görə, qiymət artımı alıcını ucuz varianta yönəldir, lakin istehlakçı əslində aldadılmış olur. Onun fikrincə, zərgərlik bazarının təxminən 80 faizi toy-nişan üzərində qurulub. Bu qərar da alıcıların yüksək məbləğdə zinət əşyasını alıb, 1 gün sonra geri qaytarma hallarının qarşısını almaq məqsədi daşıyır. Qurum rəsmisi bildirib ki, bu, yalnız vətəndaşın çek və ya qəbz tələb etdiyi halda mümkündür. Lakin təəssüflər olsun ki, çox zaman alıcıya zinət əşyasının sertifikatı və ya ödəniş qəbzi təqdim olunmur. Mütəxəssis onu da qeyd edib ki, qısa zamanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nəzdində məhz qeyd olunan hallarla bağlı prosesi icra edəcək bir qurum da yaradılacaq. Bununla da saxta qızıl satışının qarşısının alınacağı gözlənilir.

İqtisadçı Xalid Kərimli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, saxtakarlıq, qanunsuz sahibkarlıq, istehlakçıların hüquqlarının pozulması cinayət tərkibi yaradır. Onun sözlərinə görə, saxta məhsulların satılması ilə alıcılara ciddi zərər vurulur: “Bu cür qanunsuz əməllər həm iqtisadi fəaliyyətə mənfi təsir göstərir, həm də etimadı zədələyir. Şübhəsiz ki, bütün bunlar bazara mənfi təsirlə nəticələnir, lakin iqtisadi fəaliyyətə təsir göstərmir. Saxta məhsulların satışı təkcə qızıl bazarına aid məsələ deyil. Bütün sahələrdə saxta məhsulların satılması keyfiyyətli məhsul istehsalçılarının fəaliyyətinə maneə törədir”.

Saxta məhsul satışı yalnız pərakəndə satışda deyil, bəzən iri ticarət mərkəzlərində və onlayn platformalarda da müşahidə edilir. Bu isə nəzarətsizlik və ya məlum səbəblərlə göz yumulma halları ilə izah oluna bilər.

Mütəxəssislərin fikrincə, bu sahədə effektiv nəzarət mexanizminin yaradılması vacibdir. Digər tərəfdən, Cinayət Məcəlləsinin 200-cü maddəsinə əsasən, qanunsuz sahibkarlıq fəaliyyəti və istehlakçının aldadılması cinayət məsuliyyəti yaradır. Belə hallar müəyyən edildikdə, hüquqi və fiziki şəxslər məsuliyyətə cəlb oluna bilər.

Bütün bu məsələlər onu göstərir ki, problem təkcə alverçilərin vicdansızlığı ilə bitmir. Hüquqi boşluqlar, nəzarətin zəifliyi, cəzasızlıq və vətəndaşların maariflənməməsi də bu problemin əsas səbəblərindəndir.

Zərgərlik sektorunda şəffaflığın təmin olunması, istehlakçıların hüquqlarının qorunması və saxta məhsul satışı ilə mübarizə üçün dövlət, cəmiyyət və biznes sektoru birlikdə çalışmalıdır. Yalnız bu şəkildə bazarda dürüstlük və keyfiyyət təmin edilə bilər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov də hesab edir ki, hazırda qızıl bazarında heç bir nəzarət mexanizmi mövcud deyil: “2019-cu ilə kimi bazara Əyar Palatası nəzarət edirdi. Palata qızıl məmulatlarını yoxlayır, keyfiyyəti standartlara cavab verən məhsulların üzərinə öz möhürünü vururdu. Biz də vətəndaşlara bildirirdik ki, qızıl alarkən mütləq məhsulun üzərində Əyar Palatasının "rombvari" damğasının olub-olmamasına diqqət yetirsinlər. Əgər məmulatın üzərində damğa var idisə, deməli, qızıl keyfiyyətli idi. Amma indi bazarda vəziyyət tamamilə fərqlidir. Təxminən altı ilə yaxındır ki, Əyar Palatası ləğv edilib və əvəzində heç bir qurum yaradılmayıb. Nəticədə qızıl bazarı nəzarətsiz qalıb və bazarın ən çirklənmiş seqmentlərindən birinə çevrilib. Bu sahədə böyük anarxiya var. Qanunlardakı boşluqlar səbəbindən biz istehlakçılara yol göstərə bilmirik. Hökumət tərəfindən bu istiqamətdə zəruri addımların atılmasına ehtiyac var. Hesab edirəm ki, Əyar Palatası və ya buna bənzər bir qurum yaradılmalıdır".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək