Azərbaycanın biznes dünyasının ən dinamik tədbirlərindən biri- COMELSON BUSINESS FORUM 2025
Azərbaycanın biznes mühitində ən çox gözlənilən tədbirlərdən biri – Comelson Business Forum 2025 bu il “Zirvədə Mükəmməllik!” şüarı ilə baş tutacaq. Forumun məqsədi ölkənin startap ekosistemindən tutmuş iri şirkətlərə qədər bütün sahibkarları bir araya gətirərək, innovativ ideyaların paylaşılmasına, yeni tərəfdaşlıqların qurulmasına və biznes imkanlarının genişlənməsinə şərait yaratmaqdır.
Tədbirin proqramı panel müzakirələri, masterklasslar, pitch sessiyaları və şəbəkələşmə zonaları ilə zəngin olacaq. İştirakçılar maliyyələşmə, bazara çıxış strategiyaları, rəqəmsal transformasiya, süni intellekt və dayanıqlı biznes modelləri kimi aktual mövzularda praktiki biliklər əldə edəcəklər.
Forumun aparıcısı tanınmış televiziya siması Abbasağa Əlizadə, moderatorları isə biznes və marketinq sahəsində nüfuzlu mütəxəssislər – Sakit Səmədov (DESTEC Group), Sabir Camal (Kontakt Home), Gülşən Cumayeva (PAŞA Kapital) və Aynur Xəlilova (By Aynur Khalilova Atelier) olacaq.
Bu il forum çərçivəsində 16 spikerin iştirakı ilə 4 əsas panel təşkil olunacaq:
“Biznes və Strategiya: Yeni dövr”
“Davamlı Biznesin İnkişafı – Liderlik və İnsan Resursları”
“Qadın Təşəbbüskarlığı və Sosial Liderlik”
“Rəqəmsal Transformasiya və Süni İntellekt: Yeni Nəsil Biznes Modelləri”
Davos tipli formatda keçiriləcək Comelson Business Forum açıq dialoqlar, canlı müzakirələr və B2B əlaqələrin qurulması üçün ideal platforma rolunu oynayacaq. Bu format sayəsində forum yalnız fikir mübadiləsi üçün deyil, həm də real əməkdaşlıqların və yeni layihələrin yaranması üçün mühüm fürsətlər yaradacaq.
Comelson Business Forum 2025, Azərbaycanın yeni nəsil biznes liderlərini bir araya gətirərək, yerli ideyaların qlobal səviyyədə tanıdılmasına töhfə verməyi hədəfləyir.
📞 Əlaqə: +994 50 793 47 46
📱 Instagram / Facebook / Telegram: @comelsonforum
📅 Tarix: 6 noyabr 2025
📍 Məkan: Nizami Kino Mərkəzi
