Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Bu ölkədə təyyarə qəzaya uğradı -
Bu ölkədə təyyarə qəzaya uğradı -
Gündəm

Bu ölkədə təyyarə qəzaya uğradı - ÖLƏNLƏR VAR

Xpress.az Redaksiyası 13.10.2025 20:45

ABŞ-nin Massaçusets ştatının Dartmut şəhərində yüngül motorlu təyyarənin qəzaya uğraması və qəzadan sonra alışması nəticəsində iki nəfər ölüb.

 Bu barədə WCVB telekanalı ştat polisinə istinadən məlumat yayıb.

Məlumata görə, təyyarənin Nyu Bedford regional hava limanına enməyə cəhd etdiyi ehtimal edilir. Qəza yerindən çəkilmiş videoda təyyarənin magistral yolda yandığı görünür.

Polis pilotun nə uçuş planını təqdim etdiyini, nə də təyyarədə olan insanların sayı barədə məlumat verdiyini bildirib.

Qəza bölgədə tüğyan edən, güclü külək və yağışla müşayiət olunan şiddətli fırtına zamanı baş verib. Ölənlərin kimliyi hələlik açıqlanmayıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək