Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Ən yaxşı xidmət göstərən BANK
Ən yaxşı xidmət göstərən BANK
Siyasət

Ən yaxşı xidmət göstərən BANK hansıdır?

Xpress.az Redaksiyası 04.11.2025 16:15

Azərbaycan bank sektorunda rəqabət getdikcə müştəri məmnuniyyəti və insanlara daha əlçatan olmaq üzərində cəmlənir. Banklar rəqəmsallaşmaqla yanaşı, xidmət şəbəkəsini də genişləndirərək maliyyə xidmətlərini ölkənin hər yerinə, hətta ən ucqar bölgələrinə, əsasən də yenidənqurma prosesində olan Qarabağa qədər çatdırmağa çalışırlar. Bu istiqamətdə xüsusilə bankomat (ATM) və filial sayı bankların real bazar payının və müştərilərlə birbaşa əlaqəsinin mühüm göstəricilərindən biridir. Bəs ölkədə ən çox filial və bankomat hansı banka məxsusdur?

 Azərbaycanda 22 bank fəaliyyət göstərir. Xidmət şəbəkəsinin genişliyi istiqamətində isə liderlik Kapital Bankdadır. Bankın ölkə üzrə  119 filialı, 53 şöbəsi və 1190 bankomatı var. Bu göstərici ilə Kapital Bank maliyyə sektorunda birinci yeri tutur. Eyni zamanda ölkənin hər yerində müştəriyə ən yaxın bank imicini möhkəmləndirir. Siyahıda maliyyə sektorunun əsas simalarından biri olan ABB 77 filial, 10 şöbə və 1050 bankomatla 2-ci,  Bank Respublika isə 38 filial, 83 ATM ilə  3-cü yerdə qərarlaşır.

Filial və ATM sayına görə ilk 10 bank aşağıdakı kimidir:

  1. Kapital Bank – 119 filial, 53 şöbə,1190 ATM
  2. ABB – 77 filial, 10 şöbə, 1050 ATM
  3. Bank Respublika – 38 filial, 83 ATM
  4. AccessBank – 37 filial, 1 şöbə, 44 ATM
  5. Unibank – 31 filial, 185 ATM
  6. Xalq Bank – 30 filial, 1 şöbə, 142 ATM
  7. Rabitəbank – 28 filial, 74 ATM
  8. Yelo Bank – 22 filial, 48 ATM
  9. Bank of Baku – 21 filial, 36 ATM
  10. TuranBank – 18 filial, 3 şöbə, 35 ATM

Xidmət şəbəkəsinin genişliyi bankların müştəri sayını artırmaqla yanaşı, regional iqtisadi fəallığın stimullaşdırılmasında da mühüm rol oynayır. Filial və ATM-lərin çoxluğu bankları daha əlçatan edir, müştəri etimadını gücləndirir və brendin geniş miqyasda tanınmasına xidmət edir.

Ümumilikdə, ATM və filial şəbəkəsinin genişlənməsi Azərbaycan bank sektorunun sağlam rəqabət mühitində inkişaf etdiyini göstərir. Bu rəqabətdə həm rəqəmsal, həm də fiziki müstəvidə güclü mövqeyə malik bankların liderliyi qazanılan etimad və düzgün qurulan strateji istiqamətin nəticəsidir.

x 2

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək