İqtisadiyyat
Ermənistana tranzit yüklər Azərbaycan üzərindən gedir!
Xpress.az Redaksiyası
06.11.2025 11:22
Xpress.az xəbər verir ki, artıq Ermənistana göndərilən tranzit yüklər Azərbaycan ərazisindən daşınmağa başlayıb.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Ermənistan istiqamətində yük tranzitinə dair işğal dövründən qalan bütün məhdudiyyətləri aradan qaldırıb.
Artıq ilk mərhələdə Rusiya mənşəli 15 vaqonlu buğda yükü Azərbaycan ərazisindən keçərək Ermənistana çatdırılıb.
Ekspertlər hesab edirlər ki, bu addım regionda yeni nəqliyyat mərhələsinin başlanğıcı ola bilər. Tranzit əlaqələrinin bərpası həm iqtisadi, həm də siyasi baxımdan mühüm hadisə kimi qiymətləndirilir.