Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət “Əsas məqsəd birləşmək deyil”-
“Əsas məqsəd birləşmək deyil”-
Siyasət

“Əsas məqsəd birləşmək deyil”- Elmar Məmmədyarovla ÖZƏL MÜSAHİBƏ

Xpress.az Redaksiyası 01.11.2025 16:22

Dini bir,dili bir olan Azərbaycan və Türkiyə qardaşlığı bütün dünyaya örnək oldu. Son dövrlər atılan addımlar türk və Azərbaycan dostluğunu dahada möhkəmləndirir. Lakin son vaxtlar Türkiyə Azərbaycanın birləşməsi istiqamətində də fikirlər yayılmaqdadır. Məsələyə sabiq XİN Elmar Məmmədyarov Xpress.az saytına müsahibəsində aydınlıq gətirib.

- Cənab Məmmədyarov, Azərbaycanın tarixinə nəzər salsaq, SSRİ-yə daxil olduğu dövrdə dövlətçiliyimizə hansı təsirlər müşahidə olunurdu?

-Azərbaycanın tarixinə baxdıqda görürük ki, 1922-ci ildə ölkəmiz SSRİ-yə daxil olarkən, xarici siyasət və müdafiə məsələləri Moskvanın səlahiyyətinə verilmişdi. Bu, həmin dövrün siyasi reallıqlarından irəli gəlirdi. Beləliklə, Azərbaycan xalqı faktiki olaraq müstəqilliyinin mühüm hissəsini itirmişdi. SSRİ Konstitusiyasına əsasən, ittifaq respublikaları öz xarici siyasətlərini və müdafiə istiqamətlərini mərkəzlə — yəni Moskva ilə — uzlaşdırmalı idilər. Bu isə təbii olaraq dövlət suverenliyinin məhdudlaşdırılması demək idi.


- Müstəqilliyin bərpasından sonra Azərbaycan bu tarixi təcrübədən hansı nəticələr çıxardı?
Bu gün tamamilə fərqli bir dövrdə yaşayırıq. Müstəqil Azərbaycan öz xarici və müdafiə siyasətini tam şəkildə özü müəyyənləşdirir. Bu, dövlətçiliyimizin möhkəmlənməsinin, müstəqil siyasət yürütmə qabiliyyətimizin və beynəlxalq arenada etibarlı tərəfdaş kimi formalaşmağımızın əsas göstəricisidir.


-Azərbaycan–Türkiyə münasibətləri bu baxımdan hansı əhəmiyyətə malikdir?

Azərbaycan–Türkiyə müttəfiqliyi beynəlxalq münasibətlər sisteminə mühüm və müsbət təsir göstərir. Bu əməkdaşlıq regionda sabitliyin qorunmasına, eyni zamanda iqtisadi və siyasi tərəfdaşlığın dərinləşməsinə xidmət edir. Mən bu münasibətlərin daha da möhkəmlənməsini tam şəkildə dəstəkləyirəm. Bu, iki qardaş xalqın ortaq maraqlarını təmin edən və dövlət müstəqilliyini möhkəmləndirən strateji əməkdaşlıq modelidir.


- Bəzi dairələrdə Türkiyə və Azərbaycanın birləşməsi ideyası səslənir. Siz bu barədə nə düşünürsünüz?

Bu, çox ciddi və məsuliyyətli bir məsələdir. Birləşmə o deməkdir ki, hər iki dövlət suverenlik məsələsində ortaq qərara gəlməlidir. Mən hesab edirəm ki, bu kimi mühüm məsələlər yalnız ümumxalq referendumu vasitəsilə müzakirəyə çıxarılmalıdır. Dövlətçilik baxımından belə bir qərar yalnız xalqların iradəsinə əsaslanmalıdır.


- Sizcə, bu birləşmə ideyasının yaxın gələcəkdə reallaşması mümkündürmü?

-Bu barədə konkret fikir söyləmək çətindir. Mənim fikrimcə, əsas məqsəd birləşmək deyil, siyasi, iqtisadi və mənəvi sahələrdə müttəfiqliyi daha da dərinləşdirmək olmalıdır. Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlığın güclənməsi təkcə iki ölkə üçün deyil, bütövlükdə regionun gələcəyi üçün mühüm əhəmiyyət daşıyır.


Afaq Qurbanzadə

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək