Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Məktəbli dərsdə sinif yoldaşının valideyni tərəfin...
Məktəbli dərsdə sinif yoldaşının valideyni tərəfindən döyüldü –
Gündəm

Məktəbli dərsdə sinif yoldaşının valideyni tərəfindən döyüldü – FOTO

Xpress.az Redaksiyası 14.10.2025 10:00

Tərtərdə 11-ci sinif şagirdi sinif yoldaşının valideyni tərəfindən döyülüb.1

Hadisə rayonun Seydimli kəndinə baş verib.

Kənd sakini 2008-ci il təvəllüdlü A.İsayev oxuduğu məktəbdə sinif yoldaşının atası Bəxtiyar adlı şəxs tərəfindən döyülüb.
 

İlkin məlumata görə, A.İsayevin bir müddət əvvəl sinif yoldaşı ilə mübahisəsi olub və dava edib. Dərs zamanı digər şagirdin atası məktəbə gələrək sinif otağına daxil olub və A. İsayevə yumruqla xəsarət yetirib. Zərbənin təsirindən məktəblinin burnu qırılıb. Ağır xəsarətlər alan yeniyetmə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, qeyd olunan məsələ ilə bağlı bu gün Tərtər Rayon Polis Şöbəsinə məlumat daxil olub: “Faktla bağlı tərəflərin izahatları alınıb, müvafiq ekspertiza təyin olunub. Hazırda RPŞ-nin Təhqiqat Bölməsində araşdırma davam etdirilir”. (Qafqazinfo.az)

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək