Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Kriminal Moskvada azərbaycanlı qardaşlara
Moskvada azərbaycanlı qardaşlara
Kriminal

Moskvada azərbaycanlı qardaşlara AĞIR CƏZA

Xpress.az Redaksiyası 06.11.2025 17:30

Moskvada məhkəmə azərbaycanlı qardaşlar Şahin və Şöhrət Abbasovu paytaxt sakininin qətli ilə bağlı ağır həbs cəzasına məhkum edib.

Moskva Şəhər Məhkəməsinin hökmünə əsasən, Şahin Abbasov 17 il, onun qardaşı Şöhrət Abbasov isə 12 il müddətinə ciddi rejimli koloniyada cəza çəkəcək. Onların qohumu İsaxan Abbasov isə cinayəti gizlətmək və rüşvət vermək ittihamı ilə 8 il azadlıqdan məhrum edilib.

Məlumata görə, hadisə 2024-cü il aprelin 17-də Krasnodarskaya küçəsində baş verib. Şahin Abbasov avtomobilini binanın qarşısındakı səkidə park edib. Bu addım həmin ərazidə yaşayan 24 yaşlı Kirill Kovalyovun narazılığına səbəb olub və o, sürücüyə irad bildirib. Mübahisə zamanı Şahin və Şöhrət Abbasov gənc oğlana bir neçə bıçaq zərbəsi endiriblər. Kovalyov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

İstintaqın versiyasına görə, hadisədən sonra qardaşlar ataları Nizami Abbasov və digər qohumlardan gizlənmək üçün təlimatlar alıblar. Onlar Rostov vilayətinə qaçmağa cəhd edərkən saxlanılıblar. Digər iştirakçılar isə istintaq müddətində həbsdə keçirdikləri vaxt cəza müddətinə bərabər hesab olunduğu üçün məhkəmə zalında azadlığa buraxılıblar.

Məhkəmə qardaşların atasını Nizami Abbasovu isə təqsirsiz bilib və bəraət qərarı çıxarıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Evrika Liseyində “Bir Ölər, Min Dirilərik!” adlı vətənpərvərlik tədbiri keçirilib

06.11.2026 22:33 Təhsil

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək