Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət “Zəfərimiz yeni dövrün başlanğıcıdır”
“Zəfərimiz yeni dövrün başlanğıcıdır”
Siyasət

“Zəfərimiz yeni dövrün başlanğıcıdır” – Hicran Hüseynova

Xpress.az Redaksiyası 07.11.2025 18:39

8 Noyabr Azərbaycan tarixinin ən şanlı və qürurverici səhifələrindən biridir. Bu gün yalnız torpaqlarımızın azadlığı deyil, həm də dövlətimizin siyasi, iqtisadi və strateji inkişafında yeni mərhələnin başlanğıcını simvolizə edir. Bəs Zəfərimiz ölkəmizin inkişafına necə təsir göstərdi və Azərbaycanın yeni yüksəliş dövrünün əsasını necə qoydu?

Bu barədə Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova Xpress.az-a danışıb.

Hicran Hüseynova bildirib ki, Şanlı Qələbəmizin 5 ili tamam olur və bu, çox şərəfli, tarixi hadisədir. Azərbaycan ədalətli mübarizə apararaq uzunmüddətli işğala son qoydu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.

 “Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yüksək hazırlıqlı, mərd və igid əsgər və zabitlərimiz torpaqlarımızı addım-addım düşməndən azad etdilər. 44 günlük Vətən müharibəsində qazanılan bu Qələbə təkcə Qafqaz və Avrasiya üçün deyil, qlobal miqyasda da mühüm hadisə kimi tarixə düşdü. Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan bu gün iqtisadi, strateji və geosiyasi baxımdan güclü, müstəqil siyasət yürüdən bir dövlətdir.”

Deputatın sözlərinə görə, 44 günlük müharibə və cəmi bir gündən az davam edən antiterror əməliyyatı xalqımızın sarsılmaz birliyini bütün dünyaya nümayiş etdirdi:

“Azərbaycanda yaşayan bütün xalqlar çiyin-çiyinə mübarizə apardılar. Şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ‘Qəhrəmanlara ehtiram – vətənə sədaqət’ prinsipi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.”

Hicran Hüseynova əlavə edib ki, bu Zəfər xalqımızın milli kimliyinin, özünəinamının və qürurunun yenidən doğuluşuna səbəb olub:

“Zəfərimiz ‘məğlub xalq’ sindromunu sındırdı, Xocalı soyqırımının qisası alındı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və hər zaman haqqını qorumağa qadirdir. Bu Qələbəni bizə yaşadan bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə sağlamlıq arzulayıram. 8 Noyabr – Zəfər Bayramı münasibətilə xalqımızı ürəkdən təbrik edirəm. Azərbaycanın gücü, birliyi və əzmkarlığı daim qalib olacaq, üçrəngli bayrağımız əbədi olaraq bütün torpaqlarımızda dalğalanacaq!”

Afaq Qurbanzadə 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək