Siyasət
Birol Akgün Azərbaycan xalqını təbrik edib
Xpress.az Redaksiyası
07.11.2025 23:59
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
"Can Azərbaycanın Zəfər Günü mübarək olsun. Tarixi türk yurdu və vətən torpağı olan Qarabağın dillərə dastan mübarizə nəticəsində azad edilməsinin beşinci ili mübarək olsun! Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allah rəhmət eləsin", - səfir qeyd edib.