Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Tahir Rzayev:
Tahir Rzayev:
Siyasət

Tahir Rzayev: "Zəfər Azərbaycanın gücünü dünyaya göstərdi”

Xpress.az Redaksiyası 08.11.2025 13:25

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, xüsusilə Qarabağ məsələsində əldə edilən tarixi Zəfər, Azərbaycanın dövlətçilik nüfuzunu daha da gücləndirib və ölkəmizi dünya üçün nümunəyə çevirib. İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aqrar sahəyə təsiri barədə Xpress.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev danışıb.

Deputat bildirib ki, Zəfər Azərbaycan tarixinin qızıl səhifəsidir: “Torpaqlarımızın azad olunması və suverenliyimizin tam təmin edilməsi 23 saat davam edən antiterror tədbirlərinin nəticəsidir. Bu, təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının qürur mənbəyidir. Tariximizə yazılan bu unudulmaz səhifə yeni inkişaf mərhələsinə yol açdı, ölkəmizin iqtisadi qüdrətini və beynəlxalq nüfuzunu daha da artırdı.

Tahir Rzayevin sözlərinə görə, bu gün işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir:

 “Qısa zamanda xarabalığa çevrilmiş ərazilər yenidən canlanıb. Məktəblər, xəstəxanalar, ictimai iaşə obyektləri, magistral yollar, tunellər və inzibati binalar istifadəyə verilib. Artıq Füzuli, Cəbrayıl, Laçın, Şuşa və Zəngilana köç prosesi başlayıb, sakinlər quruculuq işlərinə fəal şəkildə qoşulublar.”

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev bu prosesləri bilavasitə nəzarətdə saxlayır, mütəmadi olaraq həmin bölgələrə səfər edir, tikinti və bərpa layihələrinin gedişinə şəxsən nəzarət edir:

 “Dövlət başçısının təməlqoyma və açılış mərasimlərində iştirakı, sakinlərlə səmimi görüşləri insanlarda böyük ruh yüksəkliyi və gələcəyə inam yaradır.”

Komitə sədri qeyd edib ki, azad olunmuş ərazilərdə artıq sənaye müəssisələri inşa olunub, aqrar sektorun inkişafı üçün mühüm addımlar atılır:

“Son illərdə 100 min hektardan çox sahə əkin dövriyyəsinə qatılıb, dənli bitkilər yetişdirilib, maldarlığın inkişafı üçün imkanlar yaradılıb. Zəngilan və Xocalı rayonlarında torpaqların icarəyə verilməsi və sahibkarlığın genişləndirilməsi istiqamətində mühüm tədbirlər görülür.”

Tahir Rzayev vurğulayıb ki, Azərbaycanın iqtisadiyyatı bu gün davamlı və dayanıqlı inkişaf dövrünü yaşayır:

 “Bu il dövlət büdcəsinin 41,1 faizi sosial xərclərə yönəldilib. Elm, sənaye və kənd təsərrüfatına ayrılan vəsaitlərin həcmi də artırılıb. Son 5 ildə azad olunmuş ərazilərin bərpasına 23 milyard manat, bu il isə əlavə 2,5 milyard manat ayrılması planlaşdırılır. Bu, sakinlərin doğma torpaqlarına qayıdışı üçün dövlətin göstərdiyi böyük qayğının bariz nümunəsidir.”

Deputat əlavə edib ki, iqtisadi güc ölkənin müdafiə və təhlükəsizlik potensialını, beynəlxalq əməkdaşlıq imkanlarını daha da artırır:

 “Bu nailiyyətlər hər bir vətəndaşda qürur hissi yaradır. Zəfər Günümüz mübarək olsun! Azərbaycan xalqına daha böyük uğurlar arzulayıram.”

Afaq Qurbanzadə 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək