Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət “Bu, türk dünyası üçün də böyük qürur mənbəyidir”
“Bu, türk dünyası üçün də böyük qürur mənbəyidir”
Siyasət

“Bu, türk dünyası üçün də böyük qürur mənbəyidir”

Xpress.az Redaksiyası 08.11.2025 16:30

“Sizləri ən səmimi duyğularımla, sayğı və sevgi ilə salamlayıram. Zəfər Günümüzün 5-ci ildönümündə sizlərlə bərabər olmaqda böyük bəxtiyarlıq duyuram. İlham Əliyev qardaşıma dəvəti üçün minnətdarlığımı çatdırıram. Sizlərə Türkiyədəki qardaşlarınızın salamlarını gətirdim. Sizlərə 86 milyonun ən səmimi məhəbbətlərini gətirdim”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı bildirib.

“Bu qürur günümüzdə hazırda Türk Dövlətləri Təşkilatındakı qardaşlarımız da bizimlə eyni coşğunu yaşayır. Zəfərimiz mübarək olsun”, - o bildirib.

“Bu böyük Zəfərin memarı və lideri olan İlham Əliyev qardaşımı səmimi-qəlbdən təbrik edir, uğurlarının daimi olmasını diləyirəm. Qarabağın azad edilməsi təkcə Azərbaycan üçün deyil, türk dünyası üçün də böyük bir qürur mənbəyidir”, - Ərdoğan əlavə edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək