Zəfər Günü görüşü: İlham Əliyev, Ərdoğan və Şərifdən strateji mesaj
Xpress.az xəbər verir ki, noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş keçirilib.
Görüşdə Türkiyə Prezidenti və Pakistanın Baş naziri Vətən müharibəsində Qələbənin 5-ci ildönümü münasibətilə Prezident İlham Əliyevi təbrik edib, Bakıda keçirilən hərbi paradın yüksək səviyyədə təşkil olunduğunu qeyd ediblər.
Söhbət zamanı Azərbaycanın, Türkiyənin və Pakistanın daim bir-birinin yanında olduqları vurğulanıb, siyasi, iqtisadi, hərbi və mədəni-humanitar sahələrdə əməkdaşlığın daha da inkişaf etdiyi bildirilib.
Tərəflər, həmçinin Azərbaycan–Türkiyə–Pakistan üçtərəfli formatının gələcək perspektivləri barədə fikir mübadiləsi aparıblar.