Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Elşad Mirbəşir oğlu:
Elşad Mirbəşir oğlu:
Siyasət

Elşad Mirbəşir oğlu: Ermənistan sülh sazişinə doğru addım atır

Xpress.az Redaksiyası 10.11.2025 08:19

Cənubi Qafqazda sülh sazişinin imzalanması istiqamətində aparılan danışıqlar region siyasətinin əsas mövzusudur. Ermənistanın mövqeyi və prosesdə real dəyişikliklərin olub-olmaması isə siyasətçilərin diqqət mərkəzindədir. Mövzu ilə bağlı sabiq millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşir oğlu Xpress.az saytına açıqlamasında bildirib ki, 2025-ci il Azərbaycan və Ermənistan arasında sülh sazişi üçün mühüm imkanlar yaratdı.

“Bu ilin mart ayında sülh sazişinin mətni tərəflər arasında razılaşdırıldı. Avqust ayında isə ABŞ-da keçirilən görüşdə gələcək sülh haqqında razılaşma əldə olundu. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması ilə bağlı da tərəflər arasında razılaşma var. Bütün bunlar göstərir ki, Azərbaycan və Ermənistan yekun sülh sazişinə kifayət qədər yaxındır.”

O qeyd edib ki, proses Azərbaycanın iradəsi və güclü mövqeyi ilə irəliləyir:

 “Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra sülh gündəliyini uğurla irəli apardı. Ermənistan isə yaranmış geosiyasi reallıqları dərk edir və sülh sazişini imzalamaqdan başqa çıxış yolu görmür. Bu həm də Ermənistanın inkişafı üçün vacibdir.”
Sabiq deputat əlavə edib ki, Azərbaycanın əsas şərtlərindən biri – ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması artıq təmin olunub və Ermənistan Konstitusiyasına dəyişiklik edildiyi təqdirdə, yekun sülh sazişinin imzalanmasının qarşısında heç bir maneə qalmayacaq.

Afaq Qurbanzadə 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək