Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Kəmaləddin Heydərov: FHN qüvvələri axtarış-xilaset...
Kəmaləddin Heydərov: FHN qüvvələri axtarış-xilasetmə əməliyyatına dərhal qoşulmağa hazırdırlar
Siyasət

Kəmaləddin Heydərov: FHN qüvvələri axtarış-xilasetmə əməliyyatına dərhal qoşulmağa hazırdırlar

Xpress.az Redaksiyası 11.11.2025 19:45

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar fövqəladə hallar naziri, general-polkovkik Kəmaləddin Heydərov Gürcüstan daxili işlər naziri Gela Geladze ilə telefonla danışıb.

Bu barədə Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Telefon danışığı zamanı baş vermiş faciə ilə əlaqədar vəziyyət müzakirə olunub.

"Nazir K.Heydərov ölkə Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin axtarış-xilasetmə əməliyyatına dərhal qoşulmağa və digər müvafiq dəstək tədbirlərini görməyə tam hazır olduğunu diqqətə çatdırıb", - məlumatda deyilir.

Gürcüstanlı nazir G.Geladze təşəkkür edərək, hər hansı ehtiyac yaranacağı halda sərhəddə hazır vəziyyətdə gözləyən Azərbaycan FHN-in xilasetmə qüvvələrinin əməliyyatlara cəlb edilməsi üçün müraciət olunacağını bildirib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək