Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Baş Qərargah rəisi Türkiyə tərəfinə başsağlığı ver...
Baş Qərargah rəisi Türkiyə tərəfinə başsağlığı verib
Siyasət

Baş Qərargah rəisi Türkiyə tərəfinə başsağlığı verib

Xpress.az Redaksiyası 11.11.2025 20:00

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğluna başsağlığı verib.

Bu barədə MN-dən bildirilib.

Başsağlığında deyilir: "Azərbaycandan Türkiyəyə yola düşən C130 hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək