Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Tranzit Rəqabəti və Sülh Missiyası:
Tranzit Rəqabəti və Sülh Missiyası:
Siyasət

Tranzit Rəqabəti və Sülh Missiyası: Gürcüstanın Cənubi Qafqaz strategiyası

Xpress.az Redaksiyası 14.11.2025 19:30

Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləyişi və nəqliyyat-kommunikasiya xətlərinin bərpası fonunda Gürcüstan regionda sülhü və əməkdaşlığı necə gücləndirməyi planlaşdırır? Mövzu ilə bağlı Gürcüstanın Beynəlxalq Münaqişə və Danışıqlar Mərkəzinin eksperti  Zaal Anjaparidze Xpress.az saytına danışıb.

Gürcüstanın əsas prioriteti nədir? “Gürcüstanın əsas prioriteti öz tranzit funksiyasını qoruyub saxlamaqdır. Çünki yaxın gələcəkdə Azərbaycan–Ermənistan nəqliyyat-kommunikasiya xətlərinin açılması regionda yeni alternativ və rəqabətli marşrutların yaranmasına səbəb ola bilər. Bu baxımdan Tbilisi üçün mövcud tranzit rolunu itirməmək strateji əhəmiyyət kəsb edir.”

Gürcüstan sülh prosesinə necə töhfə verə bilər?
“Mümkün imkanlarımız geniş olmasa da, ölkəmiz Cənubi Qafqazda davamlı və uzunmüddətli sülhün təmin olunmasında maraqlıdır. Bu baxımdan Tbilisi tərəflər arasında dialoq üçün neytral platforma rolunu oynaya bilər. Gürcüstanın bir neçə dəfə vasitəçilik təşəbbüsləri göstərməsi bunu sübut edir.”

 Gələcəkdə ən həssas məqam nədir?
“Gürcüstan diqqətli olmalıdır ki, atdığı addımlar prosesdə iştirak edən tərəflərdən hər hansı biri tərəfindən düşmənçilik və ya qeyri-dost jest kimi qəbul edilməsin. Neytral və balanslı siyasət Tbilisinin həm regional sabitlik, həm də milli maraqlarına uyğun addım atması üçün əsas şərtdir.”

Afaq Qurbanzadə 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək