Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Azərbaycanda notbuk istehsalı artıb
Azərbaycanda notbuk istehsalı artıb
Gündəm

Azərbaycanda notbuk istehsalı artıb

Xpress.az Redaksiyası 15.11.2025 18:30

2025-ci ilin yanvar-oktyabr aylarında kompüter, elektron və optik məhsulların, eləcə də elektrik avadanlıqlarının ümumi istehsal dəyəri 253.4 milyon manat təşkil edib. Kompüter, elektron və optik məhsulların istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 98.4 faiz artıb. Elektrik avadanlıqlarının istehsalı isə 11.6 faiz azalıb.

Hesabat dövründə notbuk istehsalı 15.6 dəfə artaraq 25 min 463 ədədə çatıb. Stolüstü kompüterlərin istehsalı 2.7 dəfə çoxalaraq 2 min 847 ədəd olub. Ölçmə cihazlarının istehsalı 394.5 min ədəd təşkil edib və əvvəlki ilin eyni dövrünə nisbətən 0,8 faiz yüksək olub.

Həmçinin elektrik naqillərinin istehsalı 15.7 faiz artaraq 10 383 tona çatıb. Məişət soyuducu və dondurucuların istehsalı 15.5 faiz artım göstərərək 836 ədəd olub.

Elektrik tənzimləyici cihazların istehsalı 20 faiz azalaraq 3 min 386 ədəd təşkil edib. Güc transformatorlarının istehsalı 71.1 faiz azalaraq 239 ədəd olub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək