Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət “Bir Millət, İki Dövlət: Türk Dünyasında Strateji...
“Bir Millət, İki Dövlət: Türk Dünyasında Strateji Güc”
Siyasət

“Bir Millət, İki Dövlət: Türk Dünyasında Strateji Güc”

Xpress.az Redaksiyası 18.11.2025 09:29

Son illərdə Türkiyə–Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu dostluğun regionda sülh və təhlükəsizlik proseslərinə təsiri ilə bağlı Türk Dünyası siyasətçiləri üzrə məsul şəxs, Zafer Partiyası Başqanının Baş Məsləhətçisi Gencehan Tunay Xpress.az-a özəl açıqlama verib.

Gencehan Tunayın sözlərinə görə, Türkiyə və Azərbaycan arasında möhkəm strateji tərəfdaşlığın əsasında yüzilliklərə dayanan ortaq tarix və mədəniyyət dayanır. Bu ortaq dəyərlər bu gün daha da güclənib və Türk dünyasının birliyi üçün nümunəvi əməkdaşlıq formatı yaradıb. O, Türkiyənin Qarabağ məsələsindəki prinsipial mövqeyinin bu həmrəyliyin ən aydın göstəricisi olduğunu bildirib. Qarabağın işğaldan azad edilməsi zamanı iki ölkə arasındakı qardaşlığın özünü sahədə açıq şəkildə göstərməsi isə bu birliyin gücünü bir daha sübut edib.
Tunay, Zəngəzur Korridorunun gündəmdə olması ilə bu strateji xəttin yeni mərhələyə yüksəldiyini vurğulayıb. Onun fikrincə, korridorun açılması təkcə iki ölkə arasındakı əlaqələri genişləndirməyəcək, həm də bütün Türk dünyasının iqtisadi, siyasi və mədəni inteqrasiyasını gücləndirəcək.
O qeyd edib ki, Türkiyə–Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qalxması artıq yalnız ikitərəfli əlaqələr deyil, bütün Türk dünyasının birliyini möhkəmləndirən tarixi bir addımdır. “Bir millət, iki dövlət” prinsipi bu gün həm sahədə, həm diplomatik müstəvidə, həm də regional balansların formalaşmasında müəyyənedici gücə çevrilib.

Bu yaxınlaşmanın Qafqazda sülhün təmin olunması, terror və separatizm risklərinin qarşısının alınması, eləcə də bölgədə təhlükəsizliyin möhkəmləndirilməsində mühüm rol oynadığı vurğulanır. Ortaq siyasi mövqe Türk dünyasında həmrəyliyi, özünəinamı və gələcəyə dair birlik idealını daha da gücləndirir.
Nəticə olaraq, iki ölkə arasındakı dostluq və strateji əməkdaşlıq təkcə Azərbaycan və Türkiyənin deyil, bütövlükdə Türk dünyasının sülh, təhlükəsizlik və inkişaf yolunda atdığı ortaq tarixi addım kimi dəyərləndirilir.

Afaq Qurbanzadə 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək