Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Azərbaycanın Milli Etalon Vaxtı - UTC (AZ) beynəlx...
Azərbaycanın Milli Etalon Vaxtı - UTC (AZ) beynəlxalq səviyyədə təsdiqləndi
Siyasət

Azərbaycanın Milli Etalon Vaxtı - UTC (AZ) beynəlxalq səviyyədə təsdiqləndi

Xpress.az Redaksiyası 18.11.2025 10:34

Milli Etalon Vaxtı - UTC (AZ) zaman və tezlik kəmiyyətlərinin yüksək dəqiqliklə generasiyasını, eləcə də ölçmələrin dəqiqliyini və metroloji izlənilməsini təmin edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Xpress.az-a bildirilib ki, qurumun tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) tərəfindən milli vaxt infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addım atılıb.

Belə ki, ilk dəfə Milli Etalon Vaxtı, yəni UTC (AZ) Beynəlxalq Çəkilər və Ölçülər Bürosu (Bureau International des Poids et Mesures - BIPM) tərəfindən təsdiqlənib.

Hazırda Azərbaycan UTC-yə (Coordinated Universal Time – Koordinasiyalı Universal Vaxt) töhfə verən laboratoriyaya malik dövlətlər sırasında yer alır. Belə ki, AzMİ-nin Vaxt və tezlik ölçmələri laboratoriyası tərəfindən milli vaxtla peyk sistemləri arasındakı vaxt fərqinə dair məlumatlar mütəmadi olaraq BIPM-ə göndərilir.

Qeyd edək ki, dəqiq vaxtın dövlət qurumları, özəl sektor, maliyyə və nəqliyyat sahələri, eləcə də telekommunikasiya şəbəkələri üçün əhəmiyyətini nəzərə alaraq, xarici mənbələrdən asılılığın azaldılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində AzMİ-nin Vaxt və tezlik ölçmələri laboratoriyası müasir tələblərə uyğun yenidən qurulub.

Sözügedən laboratoriya yüksək dəqiqlikli sezium atom saatları, peyk siqnal qəbulediciləri və NTP (Network Time Protocol – Şəbəkə Vaxtı Protokolu) əsaslı vaxt paylama sistemi ilə təchiz olunub. 

UTC (AZ)-nin təsdiqlənməsi maliyyə, telekommunikasiya, nəqliyyat, energetika və digər mühüm əhəmiyyətli sahələrin dəqiq, etibarlı və təhlükəsiz vaxtla təmin edilməsinə şərait yaradacaq. Eyni zamanda bu təşəbbüs ölkəmizdə vaxt metrologiyası üzrə elmi-tədqiqat fəaliyyətlərinin əsasını qoyacaq, kadr potensialının inkişafına və elmi-texniki tərəqqinin sürətlənməsinə töhfə verəcək.

Milli Etalon Vaxtının təsdiqlənməsi yalnız texniki yenilik deyil, həm də ölkəmizin strateji maraqları, iqtisadi təhlükəsizliyi, informasiya müstəqilliyi və beynəlxalq etibarlılığı baxımından mühüm əhəmiyyət kəsb edən addımdır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək