Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Milli Məclisdə 2026-cı il büdcəsi müzakirəsi başla...
Milli Məclisdə 2026-cı il büdcəsi müzakirəsi başladı
Siyasət

Milli Məclisdə 2026-cı il büdcəsi müzakirəsi başladı

Xpress.az Redaksiyası 19.11.2025 11:28

Xpress.az xəbər verir ki,   Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında 2026-cı il üçün dövlət büdcəsi zərfinin müzakirəsinə start verilib. Müzakirələr noyabrın 19-u, 20-si və 21-i davam edəcək.

İclasa Baş nazir Əli Əsədov, baş nazirin müavinləri və digər hökumət üzvləri qatılıb. Gündəliyə dövlət büdcəsi, sosial müdafiə fondunun və işsizlikdən sığorta fondunun büdcələri, yaşayış minimumu, ehtiyac meyarı və bir sıra qanunlarda dəyişikliklər daxildir.

Həmçinin Milli Məclis və Hesablama Palatasının 2026-cı il üçün xərclər smetası da iclasda müzakirə ediləcək.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək