Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Missiyaların arxasında kimlər dayanırdı?-
Missiyaların arxasında kimlər dayanırdı?-
Siyasət

Missiyaların arxasında kimlər dayanırdı?- Deputat Aİ-nin gizli oyunlarını İFŞA ETDİ

Xpress.az Redaksiyası 19.11.2025 15:25

Aİ-nin İrəvanda Azərbaycanla sərhəd delimitasiyası üzrə təşəbbüsü ölkəmizin sülh müqaviləsini hüquqi əsaslarla tez bir zamanda imzalamasına necə təsir göstərə bilər?” – mövzu ilə bağlı Milli Məclisin deputatı Elman Məmmədov Xpress.az-a açıqlama verib.

Deputat bildirib ki, bu il avqust ayında Vaşinqtonda ABŞ Prezidenti Trampın təşəbbüsü ilə keçirilən görüşdən sonra Aİ Azərbaycana qarşı bəzi qərəzli və ədalətsiz mövqelərini bir qədər yumşaldıb. “Əlbəttə, bu o demək deyil ki, onlar tam əl çəkiblər, sadəcə mövqelərində müəyyən dəyişikliklər baş verib. Hamımız yaxşı xatırlayırıq ki, əvvəllər onların təşkil etdiyi missiyalarda problemlər olub və tərkibi aydınlaşdıqca, kimlərin iştirak etdiyi məlum oldu. Bu xoşagəlməz hallar unudulmayacaq,” – deyə Elman Məmmədov vurğulayıb.

O, əlavə edib ki, Avropa İttifaqı və AŞPA uzun illər ərzində Azərbaycana qarşı qərəzli mövqelər sərgiləyiblər. “Buna baxmayaraq, ABŞ Prezidentinin mövqeyi ilə bağlı olaraq, bəlkə də bu qurumlar ədalətli mövqe nümayiş etdirə bilərlər. Ümid edirik ki, bu təşəbbüs müsbət nəticələr gətirəcək və sülh sazişinin imzalanmasına maneə törədən qüvvələr artıq bu prosesə qarışmayacaqlar,” – deyə deputat bildirib.

Elman Məmmədovun sözlərinə görə, Avropa həqiqətən Cənubi Qafqazda dayanıqlı sülh istəyirsə, qərəzli mövqelərdən çəkilməlidir. “ATƏT-in Minsk qrupu da uzun illər Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqe nümayiş etdirib. Əgər Ermənistan rəhbərliyi yenə pozucu fəaliyyətlə məşğul olarsa, Paşinyan mövqeyini düzgün göstərməli olacaq, çünki Vaşinqtonda söz verib və sənəd imzalayıb,” – deputat qeyd edib.

O vurğulayıb ki, sağlam qüvvələr, o cümlədən Avropa İttifaqı, məsələyə obyektiv yanaşmalı, bölgədə dayanıqlı sülhün təmin olunmasına çalışmalıdır. “Sülh sazişinin imzalanması üçün Azərbaycan öz tələblərini və şərtlərini açıqlayıb və onlar artıq qəbul olunub. İndi isə işin ləngiməsi heç kimin xeyrinə deyil,” – deyə Elman Məmmədov əlavə edib.

Afaq Qurbanzadə 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək