Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Rəqsanə ev dustaqlığına
Rəqsanə ev dustaqlığına
Gündəm

Rəqsanə ev dustaqlığına buraxıldı

Xpress.az Redaksiyası 19.11.2025 18:57

Müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.

Bu barədə tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) paylaşım edib. 

O, “Çox sevindim, Rəqsanə ev dustaqlığına buraxıldı” sözləri ilə sevincini bildirib.

Qeyd edək ki, Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurdu. İttiham sübuta yetirilərsə, müğənnini azadlıqdan məhrumetmə cəzası gözləyirdi.

Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunmuşdu. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdi.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək