Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Ukraynadan Rusiyaya gözlənilməz HÜCUM
Ukraynadan Rusiyaya gözlənilməz HÜCUM
Siyasət

Ukraynadan Rusiyaya gözlənilməz HÜCUM – Müharibənin seyri DƏYİŞİR?

Xpress.az Redaksiyası 20.11.2025 10:01

Xəbər verdiyimiz kimi, Vaşinqtonun razılığından sonra, Ukrayna ordusu hərəkətə keçərək ABŞ istehsalı olan ATACMS taktiki raket sistemləri ilə Rusiya ərazisinə zərbələr endirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, dünən baş tutan hücum nəticəsində Rusiyadakı hərbi obyektlərə dəqiq zərbələr endirilib. Baş Qərargah bu addımı “Ukraynanın suverenliyini qorumaq istiqamətində sarsılmaz iradənin nümayişi” kimi qiymətləndirib.

ATACMS raketləri ilə Voronej vilayətində yerləşən "Poqonovo" hərbi poliqonunun vurulduğu bildirilir.

Onu da qeyd edək ki, taktiki balistik raket kompleksindən olan ATACMS raketləri 300 km uzaqlıqdakı hədəfi vurmaq qabiliyyətinə malikdir.

Mövcud durumda görəsən, müharibənin seyri dəyişə bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, hətta ATACMS raketlərinin əldə edilməsi fonunda belə müharibənin seyri dəyişməyəcək:
 

“Belə informasiyalar tez-tez, hətta demək olar ki, həmişə yayılır. Onun üzərindən də müxtəlif yeni informasiyalar tirajlanır. Amma buna baxmayaraq nəticə əldə olunmur. Uzun müddət baş verən canlı itkilər fonunda bir tərəfdən də dronlardan istifadə edirlər. Hər iki tərəf saysız-hesabsız vasitələrdən istifadə etməklə nəticə əldə etməyə çalışır”.


Trampla Putin Zelenskini hakimiyyətdən uzaqlaşdırmaq istəyir.

Ekspert qeyd edib ki, indi əsas diqqət Trampın müharibəni dayandırmaqla bağlı planına yönəlib:

“Hazırda isə əksər ekspertlər ABŞ-la Rusiyanın Ukrayna ilə bağlı planının üzə çıxdığı barədə şərhlər verməyə başlayıblar. Görünür, prosesin seyrini dəyişdirmək və Zelenskinin hakimiyyətdən getməsilə bağlı Vaşinqtonla Moskva ortaq fikrə gəliblər. Bu mənada fikrimcə, Ukraynanın istifadə etməyə başladığı ABŞ istehsalı olan ATACMS raketləri belə müharibənin gedişini dəyişmək iqtidarında olmayacaq”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək