Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət “Paşinyan sülhü seçkilərə saxlayır?” –
“Paşinyan sülhü seçkilərə saxlayır?” –
Siyasət

“Paşinyan sülhü seçkilərə saxlayır?” – Regionu silkələyən XƏBƏRDARLIQ

Xpress.az Redaksiyası 21.11.2025 11:00

Uzun müddət gözlənilən sülh Cənubi Qafqazda bərqərar olsa da, bəzi qüvvələr hələ də tam hüquqlu sülhün imzalanmasının qarşısını almağa çalışır. Bəzi versiyalara görə, Paşinyan sülh sazişini seçkilərə qədər uzadır. Bu isə sual yaradır: əgər Paşinyan seçkilərdən sonra vəzifəsində qalmasa, regionda sabitlik təhlükə altında qala bilərmi?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Elman Məmmədov Xpress.az-a açıqlama verib. 

Onun sözlərinə görə, tam hüquqi olmasa da, sülh sənədi artıq imzalanıb. Lakin dünya mediasında sanki hansısa qüvvələr Ermənistan və Azərbaycan arasında konfliktin alovlanması üçün qıcıqlandırıcı açıqlamalar yayırlar. Deputat bu qüvvələrin kim ola biləcəyinə dair də fikir bildirib.

Elman Məmmədov qeyd edib ki, son 100 ildə ermənilərin müxtəlif dünyavi proseslərdə, xüsusilə daşnak partiyası və digər qrupların mövqeyinə baxsaq, görərik ki, onlar çox vaxt mövqeysiz olublar və müxtəlif güc mərkəzlərinin əlində alət rolunu oynayıblar. Bu gün də Ermənistan öz tarixi misyasından əl çəkməsə, yenə alət rolunda qalacaq və onunla heç vaxt sülh bağlamaq mümkün olmayacaq.

Deputat, Paşinyanın sülh prosesinin uzadmasının səbəbinin seçkilərə görə olduğu versiyalara isə belə cavab verib: sənədi kimin imzalamasından asılı olmayaraq – Paşinyan olsun ya başqası – məsuliyyət Ermənistan dövləti adından imza atan tərəfdədir. Sənədi kimin soyadı önəmli deyil; məsuliyyət Ermənistanın öz üzərinə düşür. Ermənistanda və xaricində çox güclü separatizm və revanşist qüvvələr mövcuddur. Bu qüvvələr müəyyən mərkəzlərdən idarə olunur – şimaldan, cənubdan, Avropadan və hətta Amerika Senatından belə. Məqsəd bölgədə sülhün olmamasını təmin etmək, çalxalanmanı davam etdirməkdir.

Elman Məmmədov bildirib ki, bu provokasiya yaradan fikirlər qəsdən səsləndirilir. O, bir neçə dəfə Paşinyana çağırış edib: əgər bölgədə dayanıqlı sülh istənilirsə, Ermənistan dövləti mövcud olmaq və təhlükəsizlik yaratmaq istəyirsə, sülh sazişi imzalanmalıdır. Bunun üçün Paşinyan Ermənistan ərazisində olan və Qarabağdan gəlmiş cinayətkarları həbs edib Azərbaycana təhvil verməlidir. Onlar onsuz da interpol xətti ilə axtarışdadırlar. Bunlara Robert Koçaryan, Serj Sarkisyan və digərləri daxildir.

Deputat qeyd edib ki, hələ ki, revanşist qüvvələr meydanda aktivdir, ilham verən tərəflər onlara dəstək verir və Paşinyanı devirməklə hakimiyyətə gətirmək planları mövcuddur. Bu səbəbdən dayanıqlı sülh sazişinin imzalanması gecikir. Deputat hesab edir ki, Ermənistana rəhbərlik edən şəxs siyasi iradə göstərməli, bölgədə sülh və dayanıqlı etimad yaratmaq üçün Azərbaycanın qoyduğu şərtlərə əməl etməli və sülh sazişini imzalamalıdır. Ermənistanın gələcəyi bu sülh sazişindən asılıdır: əgər normal yaşamaq və inkişaf etmək istəyirlərsə, sazişdən başqa çıxış yolu yoxdur.

Afaq Qurbanzadə 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək