Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm 55 minə yaxın istifadəçi adı və şifrə ələ keçirili...
55 minə yaxın istifadəçi adı və şifrə ələ keçirilib -
Gündəm

55 minə yaxın istifadəçi adı və şifrə ələ keçirilib - ETX

Xpress.az Redaksiyası 21.11.2025 14:33

Elektron Təhlükəsizlik Xidməti ölkə üzrə bəzi informasiya sistemlərini hədəfləmiş və istifadəçi giriş məlumatlarının ələ keçirilməsini təmin edən “infostealer” tipli zərərli proqram təminatının fəaliyyəti ilə bağlı göstəriciləri müəyyən edib. 

Bizim.Media xəbər verir ki, ilkin təhlil nəticəsində ölkə üzrə 859 kompüterin sistemi sözügedən zərərli proqram təminatına yoluxub və həmin sistemlərdən 54 924 ədəd istifadəçi adı və şifrə məlumatı ələ keçirilib. 
 

Hazırda Xidmət məlumatların təhlili, potensial qurbanların müəyyən edilməsi, eyni zamanda mümkün təsir dərəcəsinin qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində metodoloji dəstəyin göstərilməsi üzrə aktiv fəaliyyət aparır. 


Qeyd edək ki, əldə olunan göstəricilər operativ şəkildə emal olunaraq aidiyyəti qurumlara birbaşa təqdim ediləcək.

Elektron Təhlükəsizlik Xidməti bütün təşkilat və vətəndaşları kibertəhlükəsizlik tədbirlərini gücləndirməyə, şübhəli fəaliyyət halları müşahidə edildikdə 1654 “Qaynar xətt”i və ya info@cert.az elektron poçt ünvanı vasitəsilə məlumat verməyə çağırır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək