Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Ərzurumda 2000 məzar
Ərzurumda 2000 məzar
Gündəm

Ərzurumda 2000 məzar QAZILDI

Xpress.az Redaksiyası 22.11.2025 14:16

Ərzurumda torpağın donmasına görə,şəhərdə qış hazırlıqları çərçivəsində 2000 məzar əvvəlcədən qazılıb. Ərzurum Böyükşəhər Bələdiyyəsi Qəbiristanlıqlar Şöbə Müdirliyi sərt qış şərtləri başlamadan görüləcək işləri vaxtında yekunlaşdırıb.

Torpağın sürətlə donacağını nəzərə alan qurumun əməkdaşları məzarların qazılmasını torpaq hələ yumşaq ikən tamamlayıb. Tikinti texnikası ilə,ümumilikdə 2000 məzar hazır vəziyyətə gətirilib.

Ərzurum Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Sekmen də hazırlıq prosesinə dair məlumat verib:
"Yanvar, fevral və mart aylarında donmuş torpaq qaya kimi sərtləşir. Palandöken dağlarının ətəyində yerləşən qəbiristanlığa qışda təxminən bir metr qar yağır. Belə şəraitdə qəbirləri yalnız kompressorla qaza bilirik. Bu çətinliklərin qarşısını almaq üçün payızda tədbirlər görür və məzarların əvvəlcədən qazılmasını təmin edirik."

Şəhər rəhbərliyi bildirir ki, bu hazırlıq həm vətəndaşlara daha operativ xidmət göstərmək, həm də qışın ağır şərtlərində işin dayanmasının qarşısını almaq məqsədi daşıyır.

 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək