Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Şəkidə qəzada bir yaşlı körpə
Şəkidə qəzada bir yaşlı körpə
Hadisə

Şəkidə qəzada bir yaşlı körpə XƏSARƏT ALDI

Xpress.az Redaksiyası 26.11.2025 19:04

Şəkidə "Toyota" markalı avtomobildə qəzaya düşənlərin kimliyi məlum olub.

Rayonun Cəyirli kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı qəzaya düşən üç nəfər bir ailənin üzvləridir. Qəza zamanı xəsarət alanlar sürücü Firqət Haşimov, bir yaşlı qızı A.Haşimova və F.Hüseynovun yaxın qohumu Nərmin Rzayeva olub.

Məlumata görə, qəzaya düşənlərin hamısı Oğuz rayon sakinləridirlər. Onlar Oğuz rayonundan Goranboya xəstə ziyarətinə gedirmişlər.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək