Kriminal
Gəncədə 13 yaşlı oğlan bıçaqlandı
Xpress.az Redaksiyası
26.11.2025 22:04
Gəncədə 13 yaşlı yeniyetmə bıçaqlanıb.
2012-ci il təvəllüdlü Kənan Qurbanov bədənin kəsilmiş deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
O, aldığı xəsarətə görə əməliyyata götürülüb və vəziyyətinin stabil olduğu bildirilir.
Yeniyetmənin kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.
Faktla bağlı araşdırma başlanılıb.