Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Minik maşını avtobusa ÇIRPILIB:
Minik maşını avtobusa ÇIRPILIB:
Hadisə

Minik maşını avtobusa ÇIRPILIB: Ölən və yaralanan var

Xpress.az Redaksiyası 27.11.2025 21:32

Gəncədə minik avtomobilinin sərnişin avtobusuna çırpılması nəticəsində xəsarət alanların son durumu açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, bu gün saat 16:50-də iki nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, 2004-cü il və 2005-ci il təvəllüdlü şəxslərə sol bazu sümüyünün, qabırğaların və biləyin sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

Gəncədə minik maşını sərnişin avtobusuna ÇIRPILIB: Ölən və xəsarət alanlar var

17:14

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik maşını "BakuBus" MMC-yə məxsus sərnişin avtobusuna çırpılıb.

Nəticədə minik maşınında olan bir nəfər hadisə yerində ölüb, iki nəfər isə xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək