Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Texnologiya Rəqəmsal İqtisadiyyat Strategiyasının qəbulu niyə...
Rəqəmsal İqtisadiyyat Strategiyasının qəbulu niyə illərlə uzanır?
Texnologiya

Rəqəmsal İqtisadiyyat Strategiyasının qəbulu niyə illərlə uzanır?

Xpress.az Redaksiyası 02.12.2025 19:42

Artıq dörd ildir ki, Rəqəmsal İqtisadiyyat Strategiyası müzakirə olunur, lakin hələ də təsdiqlənməyib.
Xpress.az-ın məlumatına görə, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.


Bir dəfə bu barədə yazmışdım: adında “rəqəmsal” sözü olan layihələrin qəbulu sanki bir tilsimə düşür — razılaşdırma prosesləri aylarla deyil, illərlə davam edir.
Xatırlayıram ki, Strategiyanın hazırlanması üzrə İşçi Qrupunun ilk iclası təxminən üç il əvvəl keçirilmişdi. Bildiyimə görə, 17 dövlət qurumunun təmsil olunduğu bu qrup sənədin hazırlanması ilə məşğul idi. Strategiyanın qəbulu Prezidentin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında əksini tapıb.
Lakin artıq dörd ildir ki, sənəd barədə “hazırdır”, “təsdiq mərhələsindədir” kimi məlumatlar verilsə də, o, hələ də qəbul edilməyib. Bu müddət ərzində həm ölkədə, həm də dünyada rəqəmsal sektorda ciddi dəyişikliklər baş verib. Belə sürətli transformasiya dövründə adında “rəqəmsal” sözü olan bir sənədin illərlə uzanması doğru yanaşma hesab oluna bilməz.
Bu gün diqqətimi çəkən bir məqam oldu: İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov ASAN AI Hub təqdimatında 2026–2029-cu illəri əhatə edən Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyasının artıq yekun təsdiq mərhələsində olduğunu bildirdi.
Ümid edirəm ki, ölkədə biznes sektorunda rəqəmsal transformasiyanı sürətləndirməyi hədəfləyən bu sənədin qəbulu yaxın zamanda reallaşacaq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək