Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Qızıl bazarı partlama nöqtəsində:
Qızıl bazarı partlama nöqtəsində:
İqtisadiyyat

Qızıl bazarı partlama nöqtəsində: 2026 üçün kritik proqnoz

Xpress.az Redaksiyası 03.12.2025 13:31

“Bu il qızıl kəskin sıçrayış edərək təxminən 4 380 dollara qədər yüksəldi. Lakin bu artımdan sonra qiymət dayanaraq cüzi geri çəkildi, amma ciddi bir eniş baş vermədi. Bunun əsas səbəbi qızılın bahalaşmasını dəstəkləyən fundamental faktorların hələ də qüvvədə qalmasıdır. Bu səbəbdən qızıl nə kəskin geri çəkilir, nə də yeni güclü ralliyə başlayır. O sanki “yatır”, amma “yuxulamayıb” – növbəti mərhələni gözləyir".


Bu fikirləri Xpress.az-a iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.
Bu vəziyyəti belə təsəvvür etmək olar: minalar qurulub, lakin onlar hələ partlamayıb.
Bu “minaların” nədən ibarət olduğuna baxaq:
Çin–ABŞ rəqabəti getdikcə daha da kəskinləşir.
Çin və ABŞ-ın Venesuela üzərində təsir savaşı və bu ölkəyə müdaxilə ehtimalı qalmaqdadır.
Qlobal borc böhranı riskləri artır.
Mərkəzi bankların, xüsusilə Çin, Türkiyə, Rusiya, Hindistan və Yaxın Şərq ölkələrinin rekord həcmdə qızıl alışı davam edir.
Dolların qlobal dəyər itirmə riski yüksəlir, dünya rezerv valyutası kimi rolu zəifləyir.
İtaliyanın Avropa Mərkəzi Bankından öz qızıl ehtiyatlarını geri tələb etməsi Avropada qızıl siyasətinin dəyişəcəyi ehtimalını artırır.
Yəni qızılı hazırkı səviyyələrə qaldıran amillər minaların partlaması deyil, onların bir-birinə çox yaxın məsafədə qurulmasıdır. Risklər artıq qiymətə daxil edilib. Yaxın Şərqdəki proseslər və Rusiya–Ukrayna müharibəsi də minaların qurulmasına şərait yaradıb və bu vəziyyət qızılın indiki qiymətində tam əks olunub.
Əgər bu minaların bir hissəsi zərərsizləşdirilsə, qızıl qiymətində müəyyən eniş ola bilər. Lakin onun ilin əvvəlindəki səviyyəyə qədər düşməsi gözlənilmir. Əksinə, minalardan biri belə partlasa, qızıl qiyməti sürətlə arta bilər. Artımın hara qədər davam edəcəyi isə hansı riskin və ya risklərin reallaşmasından asılı olacaq.
Qısacası, qızıl hazırda gözləmə mərhələsindədir. Minalar yerindədir, sadəcə hansısa hadisənin onları hərəkətə gətirməsi gözlənilir. Lakin 2026-cı ildə bu risklərin tam aradan qaldırılması və ya reallaşması ehtimalı aşağıdır. Böyük ehtimalla 2025-ci ildəki qeyri-müəyyənlik və geosiyasi xaos 2026-cı ildə də davam edəcək. Üstəlik, ABŞ-ın kəskin xarici siyasəti bu qeyri-müəyyənliyi təkcə 2026-da deyil, çox güman ki, 2027-də də uzadacaq.
Investisiya qızılı (zərgərlik deyil) uzunmüddətli investisiya üçün yenə də ən etibarlı alətlərdən biri olaraq qalmağa davam edəcək.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək