Bununla bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Dekabrın 2-də paytaxtın Səbail rayonu Ü.Hacıbəyov küçəsi ərazisində yerləşən mağazalardan birində 1995-ci il təvəllüdlü Leyla Quliyevanın qəsdən öldürülməsinə cəhd faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq sonuncunun əri Faxrəddin Quliyev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Kriminal
Leyla Quliyevanı ÖLDÜRMƏK istəyən şəxs SAXLANILIB
Xpress.az Redaksiyası
03.12.2025 18:15
Şəxsin öldürülməsinə cəhd faktı üzrə cinayət işi başlanıb.