Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Texnologiya Süni intellekt necə yarandı? - "Nvidia"nın rəhbəri...
Süni intellekt necə yarandı? - "Nvidia"nın rəhbəri maraqlı fakatları açıqladı
Texnologiya

Süni intellekt necə yarandı? - "Nvidia"nın rəhbəri maraqlı fakatları açıqladı

Xpress.az Redaksiyası 07.12.2025 09:56

"Nvidia" şirkətinin baş direktoru Censen Huan 2012-ci ildə aparılan ilk maşın öyrənməsi sınaqlarının adi istehlakçı videokartı - daha dəqiqi, SLI ilə birləşdirilmiş, hər biri 3 GB yaddaşa malik iki "GTX 580" üzərində həyata keçirildiyini bildirib.

 Huan bun barədə "Co Rogan" podkastında danışıb.

"Nvidia" rəhbəri deyib ki, elə məhz bu avadanlıqda bütün sənaye üçün dönüş nöqtəsinə çevrilən "AlexNet" modeli işə düşüb.

Toronto Universitetinin tədqiqatçıları Aleks Kriçevski, İlya Sutskever və Cefri Hinton hələ müasir formada neyron şəbəkələrin mövcud olmadığı dövrdə şəkillərin tanınmasını yaxşılaşdırmağın yollarını axtarıb. O vaxta qədər hazırlayıcılar kənarların, bucaqların və teksturaların seçilməsi üçün əl ilə yazılmış alqoritmlərə güvənib. "AlexNet" isə 8 qatdan və təxminən 60 milyon parametrdən ibarət bir model olub və kombinə edilmiş qıvrımlı və dərin neyron şəbəkələri vasitəsilə müstəqil şəkildə öyrənə bilib. Nəticə o qədər təsirli olub ki, model kompüter görməsi sahəsindəki aparıcı həlli 70 faizdən çox üstələyib.

Huanın sözlərinə görə, "AlexNet" iki "GTX 580" üçün optimallaşdırılıb və GPU-lar arasında məlumat mübadiləsi yalnız zəruri hallarda baş verib ki, bu da öyrətmə müddətini xeyli qısaldıb.

Həmin illərdə "Nvidia" demək olar ki, süni intellekt texnologiyaları ilə məşğul olmurdu: şirkətin diqqəti 3D qrafika, oyun sənayesi və "CUDA" nüvələrinin inkişafına yönəlmişdi. "GTX 580" oyunlar üçün yaradılmışdı və neyron şəbəkələri sürətləndirəcək xüsusi texnologiyalara sahib deyildi, lakin onun paralel arxitekturası bu tip tapşırıqlar üçün ideal olmuşdu.

Huanın sözlərinə görə, "AlexNet"in uğuru "Nvidia"nı strategiyasını tam dəyişməyə və 2012-ci ildə maşın öyrənməsi texnologiyalarına sərmayə qoymağa məcbur edib. Nəticədə DGX qurğuları (onlardan biri İlon Maska hədiyyə edilib), ilk tenzor nüvələrini təqdim edən "Volta" arxitekturası və "DLSS" kimi texnologiyalar meydana çıxıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Evrika Liseyində “Bir Ölər, Min Dirilərik!” adlı vətənpərvərlik tədbiri keçirilib

06.11.2026 22:33 Təhsil

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək