Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Texnologiya Mütəxəssislər söndürülmüş olsa belə elektrik sərf...
Mütəxəssislər söndürülmüş olsa belə elektrik sərf edən 7 cihaz
Texnologiya

Mütəxəssislər söndürülmüş olsa belə elektrik sərf edən 7 cihaz

Xpress.az Redaksiyası 09.12.2025 20:25

1. Televizorlar və media qurğuları
Televizorlar “söndürülmüş” kimi görünsə də, pultdan gələn siqnalları qəbul etmək üçün az miqdarda enerji sərf edir. Peyk qəbulediciləri və media qutuları da fasiləsiz məlumat alış-verişinə görə elektrik çəkməyə davam edir. Buna görə televizorlar gizli enerji sərfiyyatının əsas mənbələrindən sayılır.

2. Kompüterlər və noutbuk adapterləri
Kompüter sönülü olsa belə, adapter şəbəkəyə qoşulu qalırsa enerji çəkir. Adapterə toxunduqda ilıq hiss olunması bunun ən açıq göstəricisidir. Mütəxəssislər bildirir ki, masaüstü kompüterlər tam söndürüləndə belə gözləmə rejimində elektrik sərf edə bilir.

3. Modem və internet yönləndiriciləri
Modem və router-lər gün ərzində daim işlədiyinə görə gizli sərfiyyatın ən sabit mənbələrindəndir. Çoxları bu cihazları söndürməyi düşünmədiyi üçün evlərdə daimi enerji sərf edən qurğulara çevrilir.

4. Mikrodalğalı sobalar və rəqəmsal ekranlı kiçik məişət cihazları
Saat göstəricisi, sensor sistemi və ya işıq paneli olan mikrodalğalı soba söndürülmüş halda belə elektrik sərf edir. Rəqəmsal ekranlı su qızdırıcıları, fritözlər və tost aparatları da eyni şəkildə enerji çəkir.

5. Kondisionerin daxili blokları
Kondisioneri pultdan söndürmək cihazı tam deaktiv etmir. Daxili blok sensorları aktiv saxlamaq və sürətli işə düşmə üçün az miqdarda elektrik istifadə etməyə davam edir. Elektrikdən ayrılmadıqca sərfiyyat davam edir.

6. Printerlər və skanerlər
Ev üçün nəzərdə tutulmuş printerlər gözləmə rejimində belə istilik sistemini hazır vəziyyətdə saxlamaq üçün enerji sərf edir. Xüsusilə lazer printerlərdə bu rəqəm daha yüksəkdir.

7. Şarj cihazları
Telefon, planşet və ya ağıllı saat üçün şarj cihazları boşda qalsa da, şəbəkəyə qoşulu olduqda elektrik çəkir. Kiçik görünən bu sərfiyyat evdəki bütün şarj cihazları birlikdə nəzərə alındıqda ciddi miqdara çata bilər.

Stand-by istehlakı hiss edilmədiyi üçün artır
Elektron cihazların söndürülmüş vəziyyətdə belə elektrik çəkməsi çox evdə nəzərə alınmayan xərclərdən biridir. Mütəxəssislər istifadə olunmayan cihazların şəbəkədən çıxarılmasının, açarlı çoxqollu prizlərdən istifadənin və enerji qənaətli modellərə üstünlük verməyin hesabı nəzərəçarpacaq dərəcədə azaltdığını bildirir. Kiçik görünən stand-by istehlakı ümumi şəkildə toplandıqda ciddi enerji itkisinə səbəb ola bilər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?

06.11.2026 12:06 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək