İqtisadiyyat
Şuşada daha 6 ədəd yaşayış binası tikiləcək
Xpress.az Redaksiyası
11.12.2025 13:44
Şuşa şəhərinin D-5 massivində 1-ci mərhələdə 6 ədəd (1,2,3,4,5 və 6 nömrəli binalar) 4 mərtəbəli yaşayış binaları tikiləcək.
Xpress.az-ın məlumatına görə, "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" Publik Hüquqi Şəxs artıq bununla bağlı prosesə başlayıb.
Belə ki, qurum tikinti işlərini icra edəcək şirkəti müəyyənləşdirmək üçün artıq tender elan edib. Tenderin ehtimal olunan qiyməti 15 milyon 970 min 776 manatdır.