İqtisadiyyat
Qazaxın məşhur "Dəmirçilər arxı" əsaslı təmir olunur
Xpress.az Redaksiyası
11.12.2025 17:54
Qazax rayonunda yerləşən torpaq məcralı "Dəmirçilər arxı"nın əsaslı təmirinə başlanılır.
Xpress.az-ın əldə etdiyi məlumata görə, "Regional Su Meliorasiya Xidməti" Publik Hüquqi Şəxs bununla bağlı işlərə start verir.
Qurum tərəfindən artıq arxın bərpasını həyata keçirəcək şirkət də müəyyənləşib. Bu, "Azam Group" MMC-dir.
Məlumata görə, arxın bərpası üçün sözügedən şirkətlə 590.000 manat məbləğində müqavilə imzalanıb.