Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Lökbatanda yanğında tüstüdən zəhərlənən daha bir n...
Lökbatanda yanğında tüstüdən zəhərlənən daha bir nəfər öldü
Hadisə

Lökbatanda yanğında tüstüdən zəhərlənən daha bir nəfər öldü

Xpress.az Redaksiyası 12.12.2025 12:35

Lökbatanda çoxmərtəbəli yaşayış binasında yanğın zamanı tüstüdən zəhərlənmiş daha bir nəfər ölüb.

Xpress.az xəbər verir ki, Təbərrük İsmayılova dekabrın 10-da müalicə aldığı xəstəxanada həyatını itirib.

Bununla da hadisə nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Qeyd edək ki, yanğın dekabrın 5-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində Kəlbəcər rayonundan keçmiş məcburi köçkün Emin Həmidovun müvəqqəti məskunlaşdığı mənzildə baş verib.

Nəticədə meydana gələn qatı tüstüdən binanın 9-cu mərtəbəsindəki 86-cı mənzildə yaşayan, Füzuli rayonundan keçmiş məcburi köçkün Yusifov Əkrəm Əşrəf oğlunun həyat yoldaşı, 1998-ci il təvəllüdlü Yusifova Zülfiyyə Ramiq qızı və onun övladları, 2016-cı il təvəllüdlü Yusif Yusifov və 2019-cu il təvəllüdlü Məryəm Yusifova, həmçinin 9-cu mərtəbədəki 88-ci mənzildə yaşayan, Füzuli rayonundan keçmiş məcburi köçkün, 1953-cü il təvəllüdlü Yusif Hüseynov ölüblər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək