Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat  “2026-2028-ci illər üzrə milli standartlaşdırma p...
 “2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı” təsdiq edilib
İqtisadiyyat

 “2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı” təsdiq edilib

Xpress.az Redaksiyası 15.12.2025 10:41

Proqramın icrası insanların həyat və sağlamlığı, əmlakı, eləcə də dövlət əmlakının qorunması, ətraf mühitin mühafizəsi, ölkənin iqtisadi və ekoloji təhlükəsizliyinin təmin edilməsi, rəqabətqabiliyyətli məhsulların istehsalı və istehlakçı məmnunluğunun artırılması, ümumilikdə iqtisadi inkişafın stimullaşdırılmasına şərait yaradacaq

Antiinhisar və İstehlak Bazara Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən “2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı” təsdiq edilib.

Agentlikdən Xpress.az-a bildirilib ki, proqram layihəsi 50-dən yuxarı dövlət və özəl qurumun müvafiq rəy və təklifi nəzərə alınmaqla “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanunu, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 may tarixli 285 nömrəli Qərarı ilə təsdiq edilmiş “Milli standartlaşdırma proqramının formalaşdırılması və onda dəyişiklik edilməsi Qaydası”na əsasən formalaşdırılıb.

Proqram tərtib olunarkən texniki reqlamentlərin əsas tələblərinin yerinə yetirilməsi məqsədilə qəbul ediləcək istinad standartları, müvafiq normativ hüquqi aktlar, standartlaşdırma üzrə texniki komitələrin iş planları, habelə beynəlxalq və regional standartlaşdırma təşkilatlarının normativ sənədləri əsasında dövlət standartlarının hazırlanması, müasir elmi-texniki araşdırmaların nəticələri, ümumilikdə ölkənin sosial-iqtisadi inkişaf strategiyası nəzərə alınıb.

Sənəddə iqtisadiyyatın bütün sferalarında müasir texnologiyaların və həllərin tətbiqini təşviq edən, eləcə də təhlükəsiz, keyfiyyətli və rəqabətqabiliyyətli mal və xidmətlərin istehsalını təmin edən yeni standartların işlənib hazırlanması yer alıb. Qarşıya qoyulan hədəflərin icrası məqsədilə sözügedən proqram çərçivəsində üç il ərzində ümumilikdə 3 minədək dövlət standartının qəbul edilməsi nəzərdə tutulur.

Bu Proqram xidmət, turizm, ətraf mühit, əməyin mühafizəsi və təhlükəsizlik, metrologiya və sınaqlar, mexaniki və hidravlik sistemlər, energetika və elektrotexnika, informasiya texnologiyaları və telekommunikasiya, nəqliyyat və nəqliyyat infrastrukturu, zərgərlik məmulatları, qablaşdırma, tekstil və dəri texnologiyası, qida və kənd təsərrüfatı, kimya texnologiyası, minerallar və dağ-mədən sənayesi, neft və əlaqəli texnologiyalar, metallurgiya və maşınqayırma, taxta və mebel texnologiyası, şüşə və keramika sənayesi, rezin və plastik sənayesi, kağız və karton, lak-boya və əlvan boya sənayesi, inşaat materialları tikinti və mülki mühəndislik, uşaq malları və digər mühüm strateji sahələri əhatə edir.

Qeyd: “2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı”nın mətni ilə Azərbaycan Standartlaşdırma İnstitutunun rəsmi internet səhifəsinə keçid edərək tanış ola bilərsiniz: https://azstand.gov.az/az/standartlasdirma-uzre-milli-proqram

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək