Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Balakəndə yol FACİƏSİ -
Balakəndə yol FACİƏSİ -
Hadisə

Balakəndə yol FACİƏSİ - Ölən və xəsarət alanlar var

Xpress.az Redaksiyası 15.12.2025 19:46

Balakəndə yol-nəqliyyat hadisəsi olub, sürücü ölüb, daha iki nəfər xəsarət alıb.

Avtoqəza rayonun Talalar kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "VAZ-21015" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ-2106"nın sürücüsü, 30 yaşlı Əyyub Anqbazov aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Digər nəqliyyat vasitəsinin sürücüsü 22 yaşlı Rufan Bayramov və "VAZ-2106"da olan sərnişin, 31 yaşlı Şamil Saxalov xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək