Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat 3,5 milyard manatlıq qərar:
3,5 milyard manatlıq qərar:
İqtisadiyyat

3,5 milyard manatlıq qərar: 2026-cı ildə bölgələrdə nə dəyişəcək?

Xpress.az Redaksiyası 17.12.2025 16:05

2025-ci ilin sonuna yaxın iqtisadi siyasət regionlarda məşğulluğun artırılması və əhalinin sosial rifahının yaxşılaşdırılması baxımından əhəmiyyətli nəticələr verib. Xpress.az-a açıqlamasında Millət vəkili Vüqar Bayramov bildirib ki, regionların inkişafı iqtisadi siyasətin əsas prioritetlərindən biridir. Bu kontekstdə mütəmadi olaraq regionlarda həm infrastrukturun daha da inkişaf etdirilməsi və yenilənməsi, həm də investisiyaların cəlb olunması ilə bağlı müxtəlif layihələrin icrasını müşahidə edirik. Bu isə bölgələrdə, xüsusən ixtisaslı kadrların işlə təmin olunması baxımından vacibdir.

Azərbaycan üçün iqtisadiyyatın balanslı inkişafı əsas hədəflərdən olduğuna görə, regionların inkişafı da prioritetliyini qoruyub saxlayır. 2025-ci ildə yalnız Qarabağ və Şərqi Zəngəzur deyil, həmçinin digər bölgələrdə də yeni müəssisələrin açılması və infrastrukturun genişlənməsi müşahidə olunub. Xüsusilə diqqətəlayiqdir ki, hazırda işğaldan azad olunmuş ərazilərdə yaşayan vətəndaşların sayı 65 mindən çoxdur və onların böyük əksəriyyəti məhz həmin bölgələrdə işlə təmin olunub. Beləliklə, bölgələrin inkişafı və məşğulluğun təmin edilməsi istiqamətində işlər 2025-ci ildə də davam etdirilib.

2026-cı ildə də regionların inkişafı prioritet olaraq qalacaq. Yeni müəssisələrin açılması, xüsusən nəqliyyat və logistika sahələrinin inkişafı ilə bağlı fəaliyyətlərin genişləndirilməsi gözlənilir. Qarabağ və Şərqi Zəngəzurun bərpasına 3,5 milyard manat vəsait ayrılacaq. Bununla da zəfərdən sonra işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasına ayrılan vəsaitin ümumi həcmi 26 milyard manatı keçəcək. Bütün bunlar göstərir ki, 2026-cı ildə bölgələrin inkişafı və rayonlarda məşğulluğun təmin edilməsi ilə bağlı işlər genişlənəcək.

Afaq Qurbanzadə, Xpress.az

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək