Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Arif İsayev faciəvi şəkildə
Arif İsayev faciəvi şəkildə
Hadisə

Arif İsayev faciəvi şəkildə HƏYATINI İTİRİB

Xpress.az Redaksiyası 18.12.2025 21:34

Naxçıvan şəhərində 66 yaşlı kişi ocağın üzərinə yıxılaraq ölüb.

 Naxçıvan şəhər sakini, 1959-cu il təvəllüdlü Arif Əli oğlu İsayev səhər saatlarında yaşadığı A.Zamanov küçəsi, ev 48 ünvanında yerləşən evin həyətində ağac parçalarını yandırıb.

Bir ay əvvəl ürək əməliyyatı keçirmiş A.İsayev yanmaqda olan ağac parçalarının üzərinə daha gur alışması üçün benzin tökmək istəyərkən ürəktutması keçirərək yanan ocağın üzərinə yıxılıb. Hadisədən bir qədər sonra qonşuluqda yaşayan bacısı L.İsayeva həyətə gəlib və onun yanmış vəziyyətdə meyiti aşkar edib.

Hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb edilib. Faktla bağlı Naxçıvan Şəhər Prokrorluğunda araşdırma aparılır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək