Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti t...
Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapılıb
Hadisə

Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapılıb

Xpress.az Redaksiyası 19.12.2025 11:45

Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapılıb.

Bu barədə Xpress-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu il dekabrın 9-da Astara rayonunun Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən iki balıqçıdan biri - 1999-cu il təvəllüdlü Ağadədə Famil oğlu Həsənovun meyiti dalğıc-xilasedicilər tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Eyni zamanda qeyd olunub ki, hazırda itkin düşən digər şəxs - 1997-ci il təvəllüdlü Turan Eyvaz oğlu Həsənovun axtarışları davam etdirilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək