Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə 9-cu sinif şagirdini
9-cu sinif şagirdini
Hadisə

9-cu sinif şagirdini "tok" vurub

Xpress.az Redaksiyası 19.12.2025 22:03

Kürdəmirdə məktəblini elektrik cərəyanı vurub.

Hadisə Bakı–Qazax dəmir yolu xəttinin Kürdəmir rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 9-cu sinif şagirdi, rayon sakini 14 yaşlı Sərvət Səfərli dəmir yolunda dayanmış qatarın üzərindən keçmək istəyərkən onu yüksəkgərginlikli elektrik cərəyanı vurub.

 Ağır bədən xəsarətləri alan məktəbli dərhal təcili tibbi yardım avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 Kürdəmirdə Rayon Mərkəzi Xəstəxanasından isə bildirilib ki, bu gün saat 13 radələrində cərəyan vurması səbəbilə 2011-ci il təvəllüdlü şəxs xəstəxanaya hospitalizasiya olunub. Ona elektrik cərəyanının təsiri, bədənin 65 faizdən çox hissəsinin termiki yanığı və yanıq şoku diaqnozları təyin edilib.

 Pasiyentə ilkin tibbi yardım göstərildikdən sonra Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək