Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Çində uşaq təsadüfən 25 milyon rubl dəyərində muze...
Çində uşaq təsadüfən 25 milyon rubl dəyərində muzey eksponatını sındırıb-
Hadisə

Çində uşaq təsadüfən 25 milyon rubl dəyərində muzey eksponatını sındırıb- FOTO

Xpress.az Redaksiyası 24.12.2025 08:58

Pekində yerləşən X Muzeyində xoşagəlməz hadisə baş verib. Bir uşaq təsadüfən dəyəri 320 min dollardan çox olan qızıl tacı zədələyib.

Xpress.az xəbər verir ki, bu barədə “Bilmək Lazımdır” nəşri məlumat yayıb.

Məlumata görə, unikal eksponat məşhur gözəllik bloqçusu Çjan Kayiyə məxsusdur. Tac onun həyat yoldaşı — rəssam Çjan Yudonq tərəfindən tamamilə təmiz qızıldan hazırlanıb. Təxminən iki kiloqram çəkisi olan bu bəzək Çjan Kayinin toy günündə taxdığı tac olub və sonradan muzeydə sərgilənməyə başlanıb.

Hadisə zamanı sərgiyə baxan bir oğlan təsadüfən tacı qoruyan şüşə günbəzi aşırıb. Nəticədə eksponat yerə düşərək zədələnib. Mütəxəssislərin ilkin qiymətləndirməsinə görə, bərpa işlərinin dəyəri təxminən 56 min dollar təşkil edə bilər.

Ekspertlər qeyd edirlər ki, qoruyucu vitrinin kifayət qədər möhkəm bərkidilməməsi muzeyin də hadisədə qismən məsuliyyət daşıdığını göstərə bilər.

Hadisəyə baxmayaraq, Çjan Kayi uşağın ailəsindən təzminat tələb etmək niyyətində olmadığını açıqlayıb. Bloqçu bildirib ki, tac sığortalıdır və hazırda sığorta məsələsinin necə həll ediləcəyi ilə bağlı məsləhət alır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək