Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Balakəndə məktəbdə
Balakəndə məktəbdə
Hadisə

Balakəndə məktəbdə YANĞIN başladı

Xpress.az Redaksiyası 25.12.2025 23:59

Balakən şəhərində yerləşən Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbdə yanğın baş verib.

Hadisə dekabrın 25-də günorta saatlarında məktəb binasının daxili pilləkən qəfəsində qeydə alınıb.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın zamanı pilləkən qəfəsinin altında yerləşən təxminən 3 kvadratmetr sahədə kağız tullantıları və 0.5 poqon metr elektrik kabeli yanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

 Faktla bağlı araşdırma aparılır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək