Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Məşhur müğənni
Məşhur müğənni
Hadisə

Məşhur müğənni QƏZA KEÇİRDİ

Xpress.az Redaksiyası 25.12.2025 21:13

Türkiyənin tanınmış müğənni və aktrisası Hülya Avşar avtomobil qəzası keçirib.

Sənətçi özünə ad günü hədiyyəsi olaraq aldığı 10 milyon TL dəyərindəki lüks avtomobili ilə Tarabya çimərliyində qəzaya (397 000 manat) uğrayıb. 

Məlumata görə, əyləc əvəzinə qaz pedalına basan Hülyanın maşını arxa hissəsi dəniz olan divara çırpılıb. Müğənni son anda etdiyi manevrlə avtomobilinin dənizə düşməsinin qarşısını alıb.

Sənətçi sosial media hesabında verdiyi açıqlamada qəza xəbərlərinin doğru olduğunu, lakin hadisədən ay yarım keçdiyini deyib:

“Bu gün xəbəri yayılan qəza hadisəsi təxminən 1,5 ay əvvəl baş verib. Mən tamamilə yaxşıyam. Zəng edən, soruşan və mesaj göndərən hər kəsə təşəkkür edirəm”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək