Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Qısqanc sevgilisini döydü,
Qısqanc sevgilisini döydü,
Hadisə

Qısqanc sevgilisini döydü, sonra dişlədi

Xpress.az Redaksiyası 27.12.2025 19:25

Salyanda kişi onu qısqanan sevgilisini dişləyib.

Hadisə Qaraçala qəsəbəsində baş verib.

İttiham aktına görə, qəsəbə sakini olan qadın sevgilisi 32 yaşlı Elgün Muradovu (ad və soyad şərtidir) qısqanıb. Belə ki, o, Elgünə dəfələrlə zəng etsə də, əlaqə saxlaya bilməyib və onun başqa qızlarla danışdığını düşünüb. Bunu Elgünə bildirəndə sevgililər arasında mübahisə düşüb. Sevgilisinin evində yaranan mübahisə zamanı Elgün qadının baş və bədəninin digər nahiyələrinə zərbələr vurub. Amma Elgünün əsəbi soyumayıb və zərərçəkənin qolundan da 2 dəfə dişləyib.

Qadının polisə şikayəti əsasında Elgün saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını bildirib. Zərərçəkən qadın da Elgün Muradova qarşı şikayət və ya tələbinin olmadığını deyib.

Salyan Rayon Məhkəməsinin qərarı ilə Elgün Muradova 1 il 11 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək