Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Sürücünün telefonunu götürüb qaçan sərnişin
Sürücünün telefonunu götürüb qaçan sərnişin
Hadisə

Sürücünün telefonunu götürüb qaçan sərnişin saxlanıldı

Xpress.az Redaksiyası 28.12.2025 13:52

Paytaxtın Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.

Günorta saatlarında naməlum şəxs sərnişin qismində 54 saylı xətt üzrə hərəkət edən avtobusa daxil olaraq sürücünün mobil telefonunu talayıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı S.Quluzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla həmin şəxsin avtobusa sərnişin qismində daxil olduğu və anidən yanında dayandığı sürücünün mobil telefonunu götürərək qaçdığı məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək